Kateqoriyasız

U-17 millimiz Maltaya qalib gəldi

Azərbaycan U-17 millisi növbəti dəfə Maltanın U-17 yığması ilə yoxlama görüşü keçirib.

İdmanxeber.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçi olduğu yığma komanda rəqibinə 2:0 hesabı ilə qalib gəlib

24-cü dəqiqədə Əşrəf Ələkbərli, 45+1-ci dəqiqədə isə Nihad Əhmədzadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43