21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi fevralın 10-dan 12-dək Bakıda keçiriləcək.
Baş məşqçi Milan Obradoviç hazırlıqlara dəvət olunan futbolçularla bağlı qərarını yaxın günlərdə açıqlayacaq.