Dünya futbolu

Bolqarıstan millisinin üzvü Azərbaycanda oynamaqdan imtina etdi

Türkiyənin “Altay” klubundan ayrılan İvan İvanov Azərbaycana gəlməkdən imtina edib.

Bolqarıstan millisinin üzvü klublarımızn birindən təklif alsa da, qəbul etməyib. 30 yaşlı müdafiəçi karyerasını Litvada davam etdirəcək. O, “Suduva” klubu ilə anlaşıb.

İvanov ÇSKA (Sofiya), “Partizan”, “Bazel”, “Panatinaikos”, “Arsenal” (Tula), “Lokomotiv” (Plovdiv), və “Beroe” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43