22 Dekabr 2024
Kateqoriyasız

“Üç komandanın “qırğın” mübarizəsi gedəcək” – Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasında XXV turun “Zirə” – “Qəbələ” (0:3) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:

“Oyun bizim üçün gözlədiyimdən daha yaxşı başladı. İlk hissəni böyük üstünlüklə keçirdik, qol imkanlarımız oldu. Ancaq iki dəfə əks-hücumda yaxalandıq və qollar buraxdıq. Bundan sonra hesabı dəyişmək çətinləşdi. Cəhd etdik, amma rəqibin əzmkar, intizamlı müdafiəsini yara bilmədik. Sanki nəticə gedişata görə olmadı. Oyunun ağır olacağını gözləyirdik. 4 gün əvvəl 120 dəqiqəlik ağır oyun keçirmişdik. Hazırlaşmaq çətin idi. İkinci hissədə rəqib böyük əzxmkarlıq göstərdi və sonluğu qoymağa imkan vermədi. Layiqli qələbə qazandılar. Bundan sonra Avropaya iki yer uğrunda 3 komandanın “qırğın” mübarizəsi gedəcək.  Oyundan narazı qala bilmirəm. İlk hissədə belə dominant oynamaq yaxşı göstəricidir. Amma bunu nəticəyə çevirə, müdafiədə daha diqqətli ola bilsəydik, tam razı olardıq. Nəticə bizi qane etmir”.

Sadıqov mayın 8-də “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə də danışıb:

“Bundan sonra həmin matç barədə düşünəcəyik. Bilmirəm, niyə belə tez salınıb. Bəlkə, oyunları həftədə bir də etmək olardı. Əslində bunun üçün vaxt var. Belə qrafik problem yarada bilir. Maksimum hazır olmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43