Kateqoriyasız

“Zirə”də ciddi itki

“Zirə” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin qapıçısı Mehdi Cənnətov “Qəbələ” ilə oyunun ilk hissəsində zədələnib.

Azərbaycan millisinin üzvü oyunu davam etdirə bilməyib və fasilədə Anar Nəzirovla əvəzlənib.

Qeyd edək ki, “Zirə” – “Qəbələ” matçında hazırda ikinci hissə davam edir və qonaqlar hesabda 2:0 öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43