Kateqoriyasız

UEFA Azərbaycan klublarına pul ödədi

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və Avro-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün 1 milyon 137 min 773,20 avro vəsait ayırıb.

Artıq nəzərdə tutulan vəsait AFFA-nın vasitəsilə  Azərbaycan klublarının hesabına köçürülüb.

“Qarabağ” – 436 min 696,69 avro

“Neftçi” – 210 min 117,58 avro

“Səbail” – 172 min 144,67 avro

“Sabah” – 88 min 895,90 avro

“Qəbələ” – 80 min 514,21 avro

“Sumqayıt” – 64 min 651,56 avro

“Zirə” – 47 min 870,83 avro

“Keşlə” – 36 min 881,76 avro

“Keşlə” Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43