Dünya futbolu

“Məni söyürdülər və bu mənim xoşuma gəlirdi” – Arda

“Barselona”nın sabiq üzvü Arda Turan Türkiyənin “Sabah” qazetinə verdiyi müsahibədə nir çox maraqlı nüanslara toxunub .

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray”da da çıxış etmiş futbolçu karyerasındakı enişə çox insanın sevindiyini bildirib:

“Karyeramda eniş yaşandıqdan sonra çoxlarının buna sevindiyini gördüm. Onlar üçün bu sevindirici oldu. Mənim kimi karyerası enişə gedən o qədər futbolçular olub. Ancaq onlardan heç bəhs etmirlər. Məni çox sıxdılar. Sanki bu anı gözləyirmişlər”.

Arda daha sonra “Beşiktaş” ilə derbilərdəki atmosferə toxunub:

“Derbi oyunlar çox həyəcanlı olurdu. Gizlətməyəcəm, hətta o oyunlarda məni söyürdülər və bu mənim xoşuma gəlirdi. “Beşiktaş” azarkeşləri arasında dostlarım çox idi. Onlarla tez-tez mübahisə də edərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43