UEFA Ukraynanın "Metallist" (Xarkov) klubunu Çempionlar Liqasının 2013/14 mövsümündəki iştirakına qadağa qoyub.
Buna səbəb klubun danışılmış oyunlarda iştirak etməsi olub. Məlumata görə, 2008-ci ildə Ukrayna çempionatında keçirilən "Metallist" – "Karpati" matçının nəticəsi əvvəlcədən razılaşdırılıb.
Xatırladaq ki, Xarkov təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində "Şalke" ilə qarşılaşmalı idi.