UEFA Türkiyənin “Qalatasaray” klubunu cəzalandıra bilər.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb İstanbul nəhənginin borclarının artmasıdı.
Belə ki, ötən il “sarı-qırmızılar”a xəbərdarlıq edən qitə futbol qurumu klubun 70 milyon avro borcu olduğunu bildirmişdi. Lakin getdikcə bu ödəniləcək məbləğ artıb və artıq “Cim-Bom”un borcu 90 milyona çıxıb.