UEFA Gürcüstanın “Dinamo” klubunu cəzalandırıb.
Buna səbəb Tbilisi təmsilçisinin azarkeşlərinin Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyununda irqçi davranışları olub. Bu səbəbdən UEFA paytaxt klubunu 50 min avro cərimə edib və 1 oyun azarkeşsiz oynama cəzası verib.
“Dinamo” II təsnifat mərhələsində “Qəbələ”ni hər iki oyunda yenmişdi (2:0 / 3:0).