Kateqoriyasız

Bu futbolçu “Qarabağ”la oyunu buraxacaq

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq APOEL ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya klubunun yeni transferi Alef dos Santos Ağdam klubu ilə cavab matçı buraxacaq. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub.

Xatırladaq ki, “Qarabağ” – APOEL görüşü avqustun 13-ü olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43