Kateqoriyasız

UEFA Malta – Rusiya oyunu ilə bağlı yekun qərar verdi

Malta və Rusiya yığmaları arasındakı DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilməli olan oyun təxirə salınmayacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Matçın planlaşdırılan vaxtda baş tutacağı təsdiqlənib. Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər bu oyunun keçirilməsinə mane olmayacaq.

Malta – Rusiya matçı martın 24-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43