Dünyadan

UEFA-nın bu qərarı “Beşiktaş”ı sevindirdi

Avropa Liqası çərçivəsində “Beşiktaş”la qarşılaşacaq “Liverpul”a daha bir bəd xəbər UEFA-dan gəldi.

İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu “mersisayıdlılar”ın “Benfika”dan 20 milyon avroya transfer etdiyi Lazar Markoviçə 4 oyunluq cəza verib. Buna səbəb 20 yaşlı futbolçunun Çempionlar Liqasının B qrupunun sonuncu – “Bazel”lə qarşılaşmasında gördüyü qırmızı vərəqə səbəb olub. Bilərəkdən rəqibini vuran Markoviçin həmin hərəkətinə qarşılıq UEFA futbolçuya 4 oyunluq cəza verib. Bu isə o deməkdir ki, Markoviç “Beşiktaş”la həm ilk, həm də cavab oyununda “Liverpul”a kömək edə bilməyəcək. 

Qeyd edək ki, Stivin Cerrard da zədə səbəbindən “Beşiktaş”la oyunu buraxacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43