Dünyadan

UEFA qalmaqallı oyunla bağlı qərarını açıqladı

UEFA AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq dayandırılan Çernaqoriya – Rusiya matçı ilə bağlı qərarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, qurum qalmaqallı matça səbəb olan Çernaqoriya azarkeşlərinin bu hərəkətini pisləyərək, meydan sahibi komandanı sərt şəkildə cəzalandırıb. Belə ki, Çernaqoriyaya texniki məğlkubiyyət verilib – 0:3.

Bundan əlavə, Çernaqoriya millisi qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirəcək və 50 min avro cərimə ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43