“Qarabağ” klubunun Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlama saatı bəlli olub.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Ağdam təmsilçisinin Avroliqadakı bütün ev oyunlarının əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 22:00-da deyil, bir saat öncə, 21:00-da başlayacağını təsdiqləyib.
“Qarabağ” sentyabrın 18-də “Sent Etyen”i (Fransa), noyabrın 6-da “Dnepr” (Ukrayna) və dekabrın 11-də “İnter” (İtaliya) klubunu qəbul edəcək.
Qeyd edək ki, “Qarabağ”ın qrupdakı bütün səfər görüşləri isə Bakı vaxtı ilə saat 00:05-də başlanacaq.