Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 13-də səfərdə “Simurq”la üz-üzə gələcək “Qəbələ” klubu matçın hazırlıqlarını doğma məkanda davam etdirir.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən turdan (“Qəbələ”-AZAL 1:2) sonra iki gün istirahət edən, ardından isə Qəbələdə bir araya gələn “qırmızı-qaralar” dünəndən məşq prosesini bərpa edib.
Məşqlərdə zədəsi olan Vladimir Levin və milli komandaların heyətində yer alan Kamran Ağayev, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Əmircanov (əsas milli), Ürfan Abbasov (U-21) iştirak etmirlər.
“Qəbələ” hazırlıq çərçivəsində sentyabrın 6-da “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunu keçirəcək.