Ölkə futbolu

Vaqif Sadıqov: “Komanda şəklində biz güclüyük”

Topaz Premyer Liqasının 11-ci turunda “İnter” səfərdə AZAL-ın qonağı oldu. Qarşılaşmanın ilk hissəsi qolsuz heç-heçə ilə başa çatsa da, ikinci hissəsdə Baçana Sxadadze və Asif Məmmədovun qolları “İnter”ə qələbəni qazandırdı – 2:0.

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bugünkü oyundan da, nəticədən razı qaldım. “Bakı” ilə oyundan bu yana bizdə müsbətə doğru dəyişiklik var. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. AZAL-ın kollektiv ruhu var, bu cür komandaya qarşı oynamaq çox çətindir. Vaqif Sadıqov yaxşı komanda yaradıb. Bugünkü oyundan bilinirdi ki, biz uğur qazanacağıq. Komandamı təbrik edirəm”.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Çox vacib oyun idi. Oyunçuların fərdi ustalıq səviyyəsi öz sözünü dedi. Komanda şəklində biz güclüyük. Rəqib hər iki qolu futbolçuların fərdi ustalığı sayəsində vura bildi. Qapımıza o qədər də çox hücum olmadı. Hər iki komanda 3 xal üçün mübarizə apardı. Komandam pis təsir bağışladı. Asif Məmmədovun gözəl qolu rəqibin qələbəsinə möhürünü vurdu. Rəqib bizim cinahlardan fəallığımızın qarşısını ala bilmişdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43