İdman

VOLEYBOL: “Rabitə”nin üzvü: “İlk oyunlarda belə yenilgilər olur”

Cari mövsümdə Avropa Çempionlar Liqasının start matçını uğursuz keçirən “Rabitə”, səfərdə Polşanın “Ximik” klubuna 0:3 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra ölkə çempionumuzun polşalı legioneri Katarjina Skovronska məğlubiyyətə aydınlıq gətirib:

“Rəqib topun qəbulunda yaxşı oynadı. Biz şansı ilk setdə qaçırdıq. Halbuki top fərqində xeyli öndə idik. Mübarizə təzə başlayıb. İlk oyunlarda belə yenilgilər olur. Artıq ilk məğlubiyyəti unudub, gələcək matçlar barəsində düşünməliyik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43