Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Eqnatia” Albaniya çempionatında növbəti qələbəsini qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda öz meydanında “Vllaznia”nı darmadağın edib – 3:0.
Vüsal start heyətində yer alıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu onun cari mövsümdə 5-ci qolu olub.
Qeyd edək ki, “Eqnatiya” turnir cədvəlində 33 xalla 1-cidir.