Dünyadan

“Xahiş edirəm, Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdı”

Nigeriya millisinin qapıçısı Vinsent Enyeama maraqlı açıqlaması ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli əlcək sahibi DÇ-2014-də F qrupunun son oyununda Argentina ilə keçirəcəkləri qarşılaşmadan öncə “Biz yalnız bir halda qələbə qazana bilərik: əgər Messini başqa planetə göndərilsə. Xahiş edirəm, Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdır” – deyib.

Qeyd edək ki, Argentina hazırda 6 xalla qrupa liderlik edir və 1/8 finala vəsiqəni təmin edib. 4 xalı olan Nigeriya isə 1 xal belə qazansa, qrupdan çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43