Ölkə futbolu

“İnter” üçün çətin ev-səfər, “Qəbələ” öz meydanında turu həll etməlidi – ARAŞDIRMA

UEFA Avropa Liqasında mübarizə aparacaq “İnter” və “Qəbələ” klubları rəqiblərini tanıdılar.

İdmanxeber.com-un məlumatına görə, I təsnifat mıərhələsindən mübarizəyə qoşulacaq bu iki komandamızın rəqibləri haqqında sizə məlumat vermişdik. 

İndi isə rəqiblərin bitən mövsümdə öz çempionatlarında göstərdikləri matçların statistikaları ilə sizi tanış edirik.

“Qəbələ” evdə məğlub et, səfərdə ehtiyatlı ol!

İlk dəfə Avroliqada çıxış edəcək “Qəbələ” Bosniya və Hersoqovina çempionatının ikincisi “Şiroki Briyeq”lə üz-üzə gələcək. Əyalət klubunun rəqibi geridə qoyduğumuz möğvsümdə meydana çıxdığı 30 çempionat matçında 17 qələbə, 8 heç-heçə və 5 dəfə məğlubiyyətlə üzləşib.

Qəsəbə komandası adətən ev oyunlarında daha inamlı nəzərə çarpır. Belə ki, “Şiroki Briyeq” 2013-2014 mövsümündə keçirdiyi 15 ev oyununun heç birində məğlub olmayıb. İki xal az toplayaraq çempionluğu “Jirinski”yə verən komanda çempionatda yeganə klubdur ki, ev oyunlarında yenilməyib. Bundan əlavə “Qəbələ”nin rəqibi 15 ev matçında 44 qol vurub və qapısında cəmi 7 top görüb. 

Lakin eyni sözləri səfər qarşılaşmaları haqda demək olmaz. Belə ki, “Şiroki Briyeq” səfər matçlarında xal qazanmaqda çətinlik çəkir. Komanda səfərdə keçirdiyi 15 matçda 5 qələbə, 5 heç-heçə və 5 məğlubiyyət əldə edib.

Komandanın əsas qol silahı braziliyalı yarımmüdafiəçi Vaqner Laqodu. Laqo ötən mövsüm 18 dəfə rəqib qapıçılarını məyus edib.

“İnter”in rəqibi üçün fərq etməz: ya səfər, ya ev…

“İnter”in rəqibi olan Moldovanın “Tiraspol” klubu da mövsümü ikinci pillədə bitirərək, Avroliqada mübarizə aparacaq.

Tiraspol təmsilçisi geridə qoyduğumuz mövsümdə keçirdiyi 33 matçda cəmi 3 dəfə yenilgi üzü görüb. “Tiraspol”lular öz meydanlarında da, səfərdə də az qala eyni nəticələr qazanırlar. “İnterin” rəqibi Moldova çempionatında səfərdə 34, ev oyunlarında isə 38 xal toplayıb. Onu da qeyd edək ki, komanda daxili çempionatdakı 3 yenilgisindən 2-sini “Şerif”dən alıb. 

“Tiraspol” klubunun 3 oyunçusu Moldova millisinin əsas heyət üzvü , 12 nəfər isə legionerdi. Georgi Karaneyçev və ukraynalı yarımmüdafiəçi Evgen Zariçnyuk “Tiraspol”un bitən mövsümdəki bombardirləridi – 8 qol.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43