Kateqoriyasız

“Xan Lənkəran” Almaniya klubunu məğlub etdi

Antalyada təlim-məşq toplanışında olan “Xan Lənkəran” yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Lənkəran təmsilçisi Almaniyanın 5-ci liqasında mübarizə aparan “Bişhofverde” komandası ilə qarşılaşıb.

Qarşılaşma “Xan Lənkəran”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Elvin Mirzəzadə vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43