Sloveniyada təlim-məşq toplantısında olan "Xəzər Lənkəran"ın yoxlama görüşündə üz-üzə gələcəyi ilk rəqibi də məlum olub.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub komandası bu Sloveniya "Mura"sı ilə qarşılaşacaq.
Bu matçin iyulun 13-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacağı gözlənilir.
Sonda onu da qeyd edək ki, "Xəzər Lənkəran"ın "Mura"yla matçı qeyri-adi bir halı baş verməyəcəyi təqdirdə klub TV-sindən canlı yayımlanacaq.
Xatırladaq ki, "Bakı" Avroliqada "Mura"yla qarşılaşmış və iki matçın nəticəsinə əsasən sloveniyalılar mərhələ adlayan tərəf olmuşdular.