Kateqoriyasız

“Xəzər Lənkəran” “Böyük oyun”a doğma şəhərdə hazırlaşır

Ötən tur “Qarabağ”a səfərdə böyük hesabla məğlub olan “Xəzər Lənkəran” doğma şəhərdə bir araya gəlib.

İdmanxeber.com-un məlumatına görə, komanda istirahətini yekunlaşdıraraq Lənkəranda toplanıb. Fevralın 8-də saat 16:00-da başlayan məşqlə komanda əzəli rəqibi ilə oyunun hazırlıqlarına start verib.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXI turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq. Oyun fevralın 13-də saat 17:00-dan etibarən “Bakcell Arena” stadionunda keçiriləcək və CBC sport kanalı ilə canlı yayımlanacaq. (12cioyuncu.info).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43