"Xəzər Lənkəran" braziliyalı müdafiəçi Villian Tyeqo ilə anlaşıb.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, cənub təmsilçisində uğurla baxışdan keçən futbolçu yenidən vətəninə qayıdıb. O, şəxsi problemlərini qaydasına qoyub, Lənkəran klubuna qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı müdafiəçinin son klubu "Fiqeyrense" olub.