Kateqoriyasız

“Xəzər Lənkəran” “İnter”lə oyuna ciddi itkilərlə çıxacaq

“Sumqayıt” üzərindəki əzmkar qələbədən sonra fasilə vermədən növbəti turun hazırlığına start verən “Xəzər Lənkəran” məşqlərini yekunlaşdırmaq üzrədir. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə , IV dövrənin ilk turunda “İnter”in qonağı olacaq komanda Lənkərandakı hazırlığını tamamlayıb. 

Bu gün Bakıya gələcək “Xəzər Lənkəran” dincəldikdən sonra   oyunöncəsi son məşqini keçirmək üçün “İnter Arena”nın yolunu tutacaq  və məşqi yekunlaşdırıb oyun saatını gözləyəcək. 

Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkara və Alfred Sanko cəza səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43