Kateqoriyasız

“Xəzər Lənkəran” rəsmisi: “Neftçi”nin avtobusunu sürən Oqtay Abdullayev idi”

“Xəzər Lənkəran” – “Bakı” oyununun AFFA nümayəndəsi Oqtay Abdullayev səhvə yol verib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Xəzər Lənkəran”ın mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu sosial şəbəkədəki şəхsi hesabında yazıb. 

Cəbrayıloğlu qarşılaşmaya 2000 biletin satıldığını, ancaq protokolda 500 tamaşaçının göstərildiyini qeyd edib: “Adətən oyun başa çatdıqdan sonra AFFA nümayəndəsi stadionun direktorundan matça nə qədər bilet satıldığını soruşur və bu rəqəmi protokolda qeyd edir. “Xəzər Lənkəran” – “Bakı” oyununun AFFA nümayəndəsi “Neftçi”nin Sovet dönəmndə avtobusunu sürən Oqtay Abdullayev idi. Görünür onun sayma qabiliyyəti bir avtobusun oturacaqları qədərdi. Matça 2000 bilet satıldığı halda, protokola 500 nəfər qeyd edib.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43