01 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” yeni transferini əvəzedici heyətə göndərdi

"Xəzər Lənkəran” bu ilin səs-küylü transferlərindən olan  Əfran İsmayılovu əvəzedici komandaya göndərib.

İdmanxeber.com-un məlumatına görə, Əfran dünən əvəzedicilər arasında Azərbaycan çempionatının ilk turunda AZAL-a qarşı keçirilən oyunda iştirak edib. İsmayılovun əvəzedici komandaya göndərilməsinə səbəb onun “Xəzər Lənkəran”ın təlim-məşq toplanışlarında iştirak etməməyidi. Viza problemi səbəbindən komandaya gec qoşulan Ə.İsmayılov "ağ-yaşıllar"ın Bakıda keçirdiyi hazırlıqlarda iştirak etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43