Ölkə futbolu

“Xəzər Lənkəran”a bəd xəbər: aparıcı futbolçu “Bakı” ilə oyunu buraxacaq

Premyer Liqanın 21-ci turunda səfərdə "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" aparıcı futbolçusundan məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı üzvü Manuel Skarlatake cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 78-ci dəqiqəsində cəzalanan müdafiəçi sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, qarşıdakı turda "Bakı" ilə oyunu buraxacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43