Ölkə futbolu

“Xəzər Lənkəran”da üzlər gülür: üç gediş, bir qayıdış

“Qəbələ” üzərində inamlı qələbə qazanan “Xəzər Lənkəran” bugündən “Bakı” ilə oyunun hazırlarına başlayıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, bir aydan çoxdur ki, komanda ilə birgə məşq edə bilməyən Adrian Pit artıq zədəsini sağaldıb və bu gün komandaya qoşulub. 

Pitin “Bakı” ilə oyunda meydana çıxıb-çıxmayacağı Mustafa Dənizlinin verəcəyi qərardan asılıdı.

Qeyd edək ki, Rasim Ramaldanov zədə, Skatlarake və Ağabala Ramazanov isə cəzalı durumda olduğuna görə “zolaqlılar”la oyunda meydana çıxa bilməyəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43