07 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”dan qovulan “alkaş” futbolçunu rumın klubu yaxına buraxmadı

Rumıniyanın “Styaua” klubu “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi, portuqaliyalı Eder Bonfimdən imtina edib.

Futbolçunun spirtli içki aludəçisi olması onu bu vəziyyətə düşürüb.

"Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak da ötən mövsüm Bonfimin xidmətlərindən imtina etmişdi.

Bu haqda açıqlama verən portuqaliyalı futbolçu futbolla vidalaşdığını deyib: “Mənim üçün çox çətin günlərdi. Belə tezliklə futbolla vidalaşacağımı düşünmürdüm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43