Kateqoriyasız

“Xəzər Lənkəran”ın dərdinə məlhəm tapılmadı, böyük problem elə problem olaraq qaldı

Sloveniya toplanışına yekun vuran “Xəzər Lənkəran” deyəsən qapıçı məsələsini də qapayıb.

İdmanxeber.com-a daxil olan məlumata görə, bir müdətdir ki qapıçı axtarışında olan Cənub klubu istədiyi qolkiperi tapa bilməyib. Məhz buna görə də “ağ-yaşıllar” yei mövsümə Orxan Sadıqlı ilə başlayacaq.

Geridə qoyduğumuz mövsümdə qapıçı problemi ilə üzləşən “Xəzər Lənkəran” ilk turlara Orxan Sadıqlı ilə davam edəcək. Düzdü klub hələ də qapıçı axtarışlarını davam etdirdiyini bildirir. Lakin qeyd etdiyimiz kimi “Xəzər Lənkəran” bu mövsümün startına da böyük ehtimalla Orxan Sadıqlı ilə başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43