Ölkə futbolu

“Xəzər Lənkəran”ın məşqində maraqlı hadisə: “Casus” sandılar, AFFA nümayəndəsi çıxdı – FOTO

"Xəzər Lənkəran" dünən "Bayıl Arena"da növbəti məşqini keçdi.

İdmanxeber.com-un əməkdaşının da izlədiyi məşq zamanı maraqlı bir məqam diqqətimizdən yayınmadı. Belə ki, "ağ-yaşıllar" məşq edərkən stadionun kənarında dayanan qara rəngli maşın klubun rəisi Səməd Mustafayevin diqqətini çəkdi. Bundan sonra mühafizə xidmətinə "gedin, görün kimdi o, bizim məşqi izləyir?" – deyə göstəriş verdi. Mühafizə xidməti məsələni tam dəqiqləşdirə bilmədiyindən, Mustafayev özü həmin avtomobilə yaxınlaşdı və məsələyə aydınlıq gətirdi. Sən demə öz maşınında gizlicə oturaraq "Xəzər Lənkəran"ın məşqini izləyən həmin kəs AFFA nümayəndəsi imiş.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43