Ölkə futbolu

“Xəzər Lənkəran”ın qapıçısı azarkeşlərə səsləndi

Bu gün Premyer Liqanın 18-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək.

"Ağ-yaşıllar"ın gənc qapıçısı Orxan Sadıqlı matç öncəsi idmanxeber.com-a açıqlama verib:

"Bu oyuna yaxşı hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaqdı. İli qələbə ilə yekunlaşdırmaq istəyirik. Özümüzə güvənirik. Azarkeşlərimizi həmişəki kimi bizə dəstək olmağa dəvət edirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43