Premyer Liqanın VIII turunun “Xəzər Lənmkıran” – AZAL matçı təxirə salına bnilər.
Klubdan İdmanxeber.com-a verilən məlumata görə, Lənkərana yağan aramsız yağışlar stadionu bərbad hala salıb. Arenanın qazonu hazırda qənaətbəxş olsa da stadionun yaxınlıqındakı çay daşmaq üzərədi. Çayın bəndləri bir-bir sıradan çıxır. Stadion tərəfdə olan bənd də sıradan çıxsa, arenanı su basacaq.
Son qərarı AFFA nümayəndələri verəcək. Lənkərana yollanacaq nümayəndələrin yekun rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL görüşünün sabah, saat 18:00-da başlaması nəzərdə tutulub.