Braziliyalı futbolçu Deyvid Sakkoni “Xəzər Lənkəran” klubuna keçidinə münasibət bildirib. 26 yaşlı legioner “ağ-yaşıllar”a transferindən razı qalıb.
Sakkoni Lənkəran təmsilçisini yeni evi adlandırıb: “Xəzər Lənkəran”a keçməyimə çox razıyam. Çünki bu klub mənim yeni evim kimidi. Allah insana həmişə yol açır. Mənim də yolum “Xəzər Lənkəran”a, “ağ-yaşıllar”a tərəf açıldı”.
Qeyd edək ki, “Xəzər Lənkəran”la 1 illik müqavilə imzalayan Sakkoni ölkəmizə gələnədək Braziliyanın “Braqantino” klubunda çıxış edib.
Mənbə: apasport.az