“Qarabağ”-“Qəbələ” (4:3) matçının ardından 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gündən Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”-“Qəbələ” qarşılaşmasının hazırlıqlarına start verir. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda biraraya gələn komanda günü 1 məşqlə yekunlaşdıracaq. Zədəsi sağalan Tərzin Cahangirov komanda ilə məşqlərə qatılacaq. Digər zədəlilər – Rail Məlikov, Omar Kalabane və Abdulvahid Afolabinin bərpa prosesi davam edir.
Xatırladaq ki, “Xəzər Lənkəran”-“Qəbələ” matçı bazar günü – noyabrın 10-u saat 17:00-da Lənkəran şəhər stadionunda baş tutacaq. “Qəbələ” 1 gün öncə Lənkərana yollanacaq.