Premyer Liqa

XI turun oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyun cədvəli müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, tura noyabrın 5-də Gəncədə start veriləcək. “Kəpəz” – “Sumqayıt” matçı paytaxtdan kənarda keçiriləcək yeganə qarşılaşma olacaq. 


5 noyabr (şənbə)


“Kəpəz” – “Sumqayıt”

Gəncə şəhər stadionu, 14:30


“Neftçi” – “İnter”

“Bakcell Arena”, 17:00


6 noyabr (bazar)


AZAL – “Qəbələ”

“AZAL Arena”, 14:00


“Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu, 16:00


Qeyd edək ki, 2 gün ərzində keçiriləcək turun bütün oyunları CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43