Ölkə futbolu

Xorvatiyalı “Qarabağ”da 20-ci qolunu vurdu

Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.

“Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.

Qeyd edək ki, Ozobiç 2018-ci ildən “Qarabağ”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43