Dünya futbolu

Ronaldo bunu da bacardı

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo “Golden Foot” (Qızıl Ayaq) mükafatına layiq görülüb.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus”un aparıcı üzvü ötən gün mükafatına qovuşub.

Xatırladaq ki, 35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.

Qeyd edək ki, “Golden Foot” yaşı 28-dən az olmayan ən yaxşı futbolçuya verilir. Beynəlxalq mükafat 2003-cü ildən verilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43