Kateqoriyasız

Yunis Hüseynov: “Heyətin özəyini ilk 45 dəqiqədə meydanda oynatdım”

Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Xəzər Lənkəran” yoxlama matçında “Kayserispor”laqarşılaşıb

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov fikirlərini türkiyəli jurnalistlərlə bölüşüb: 

“Qarşılaşmanın ilk hissəsi mənim üçün daha önəmli idi. Çünki heyətin özəyini ilk 45 dəqiqədə meydanda oynatdım. Türkiyədə çox gözəl təlim-məşq toplanışı keçirdirik. Bunu futbolçular oyunda da nümayiş etdirdi. Bacardığım qədər onların hamısına özlərini göstərmək üçün şans verdim”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43