İdman

Yunis Hüseynov: “Komandanı 1 aya qurmurlar”

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirik. Oyunumuzu əks hücumlar üzərində qurmuşduq. Bəzi imkanlarımız da oldu. Təəssüf ki, təcrübəsizlik öz sözünü dedi. Ancaq yenə son dəqiqələrdə diqqətsizliyimiz qolla nəticələndi. Kaş ki, 20-ci dəqiqədə qol buraxıb, məğlub olardıq. Son dəqiqələrdə qapımızda qol görəndə çox məyus oluram. “Keşlə” ilə matçda da qapımıza vurulan qolda oyundan kənar vəziyyət var idi. Diqqətlə baxsanız görərsiniz. Diqqətlə baxacağıq, bu görüşdə də hakim səhvi ola bilər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Kəpəz” matçı sonrası baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Yunis Hüseynov deyib. Oyunla bağlı danışan mütəxəssis bunları deyib:

– Dedimar Fereryranı oyuna buraxarkən ona hansı tapşırıqları verdiniz?

– O arxa xətt oyunçudu. Müdafiəni gücləndirmək niyyətimiz vardı.

– Paltardəyişmə otağında nə üçün yubandınız?

– Hər oyundan sonra hər məşqçi öz oyunçularına iradlarını bildirir. 

– Hakimlərin işlərini müzakirə etmək cərimələnməyinizlə nəticələnə bilər.

– Bilmirdim. Birdəki mən nə vaxt hakimlərdən danışdım. Deidim sadəcə epizodlara baxmaq lazımdı.

– İlkin Sadıqov tez-tez yerdə qalırdı. Bu sizin tapışırığınız idi?

– Yunis Hüseynov heç bir futbolçuya belə bir tapışırıq verməyib. Sizə bir söz də deyim. O güclü futbolçudu. Əgər yıxılırsa, demək ciddi nəsə var.

– İstədiyiniz “Kəpəz”i formalaşdıra bilmisiniz?

– Komandanı 1 aya qurmurlar. Mən “Kəpəz”ə gələndə dedim ki, yaya qədər ən azı yaxşı nəticə göstərək. Sonn pillədən qurtulmaq niyyətindəyik. İstədiyim “Kəpəz”i yayda quracağam. Əslində indi də pis deyil. 

– Şahin Diniyevin qoyub getdiyi “Kəpəz”lə sizin qurduğunuz komanda arasıdna nə kimi fərq var?

– Şahin Diniyevin komandası qaldı keçmişdə. Mən bu barədə danışmaq istəmirəm. Gələcəyə baxıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43