“Yuventus” “Mançester Yunayted”in sağ cinah müdafiəçisi Matteo Darmianı transfer etmək üçün danışığlara başlayıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə təmsilçisi futbolçunu 18-20 milyon avro qarşılığnda buraxmağa hazırdır.
Xatırladaq ki, “Yuventus”dan əlavə “Roma” da 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2019-cu ildə başa çatacaq.