“Zalsburq” – “Qarabağ” matçı üçün satışa çıxarılan biletlərin qiymətləri açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, sabah keçiriləcək oyun üçün biletlər azı 3 avrodan başlayır. “Red Bull Arena”da keçiriləcək oyunu canlı izləmək istəyən azarkeşlər azı 25 avrosundan keçməlidirlər. Uşaqlar üçün biletlər 3 avrodan başlayır.
Ən bahalı biletin qiyməti 36 avrodu.
Ümumilikdə isə Bakı vaxtı ilə saat 23:30-da başlayacaq oyun üçün 25 mindən çox bilet satışa çıxarılıb.