Dünya futbolu

Zidan rəsmən “Real”dan ayrıldı

Madrid “Real”ı bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu”nun gənc yarımmüdafiəçisi Enzo Zidan karyerasını “Alaves”də davam etdirəcək. Bu barədə məlumat La Liqa klubunun rəsmi saytından verilib. 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, gənc futbolçu “Real”ın baş məşqçisi Zinəddin Zİdanın oğludu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43