Kateqoriyasız

“Zirə”də ciddi itkilər

Azərbaycan kubokunun yarımfinalının cavab matçında “Keşlə” ilə qarşılaşacaq “Zirə” oyuna ciddi itkilərlə çıxacaq.

Yarımmüdafiəçi Riçard Almeyda cəzalı durumda olduğundan sabahkı görüşü buraxacaq. Hücumçu Ruslan Qurbanov isə ötən həftə koronavirusa yoluxduğu üçün matçda iştirak etməyəcək.

Qeyd edək ki, ilk qarşılaşmada “Zirə” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43