İdman

“Zirə” kimə 4 qol vurub ki, bizə də vursun?!” – “Neftçi”nin baş məşqçisi

"Ağır oyun olacağını bilirdik. Bununla belə, istəyimizə nail olub, yarımfinala yüksəldik. Bu bizim üçün çox vacib idi. Komandamızın üzvlərini təbrik edirəm".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə cavab oyunundan (1:2) sonra deyib.

"Bilirdim ki, iki oyunun nəticəsinə görə mərhələni biz adlayacağıq, amma futbolçuların arxayınlaşmaması üçün onlara demişdim ki, sona qədər mübarizə aparmaq lazımdır. O ki qaldı "Zirə”nin 4 qol vurub mərhələ adlamasına, rəqibimiz indiyə qədər hansı komandaya 4 qol vurub ki, bizə də vursun?!” – deyə o bildirib.

Qeyd edək ki, "Neftçi" iki oyunun nəticəsinə əsasən (3:0, 1:2) növbəti mərhələyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43