İdman

“Zirə” RƏSMƏN legioner hücumçusuna qovuşdu, forma nömrəsi də bəllidi

“Zirə” klubu Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Uilyamsla müqavilə bağlayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub. 

Uilyams “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, forvardla icarə müqaviləsini artırmaq və ya onu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur. 

Yeni transfer “Zirə”də 29 nömrəli forma ilə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43