İdman

Saçını kəsdirən, ayağını təraş edən futbolçulara cərimələr

Mərakeşli futbolçu Murad Batnaya  Birləşmiş Ərəb Əmirlikləri futbol federasiya tərəfindən 1000 dirhəm pul cəzası kəsilib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb adıçəkilən oyunçunun “Əl Vəhdə” – “Əl Vəs Dubai” matçına saçını kəsdirərək çıxması səbəb olub. Yeni saç stilini bəyənməyən federasiya oyunçunu cərimələyib. 

Lakin qurum Murad Baynayanı cəzalandırmqla kifayətlənməyib. “Əl Nəsrli” klubunun üzvü Əhmət Əl-Yassini ayağını təraş etdiyi üçün eyni məbləğdə cərimə olunub.

Qeyd edək ki, hər iki futbolçu həftə sonu keçirilən çempionat matçlarında rəqib qapılarına yol tapmağı bacarıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43