İdman

Əfran İsmayılov “Sumqayıt”ın məşqinə qatılmadı

Topaz Premyer Liqasının 1-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” həmin oyuna hazırlığı davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfran İsmayılov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması avqustun 11-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43